Ana Sayfa > Karusel / Gündəm > "Azərişıq"ın əməkdaşı iş başında öldü
"Azərişıq"ın əməkdaşı iş başında öldü12-01-2022, 10:37. Yazar: Admin |
Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalarla Xəyal Şərifovun Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyənləşib.
Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir. Geri dön |