Ana Sayfa > Karusel / Gündəm > Xızıda ev yanıb, iki nəfər xəsarət alıb

Xızıda ev yanıb, iki nəfər xəsarət alıb


27-02-2019, 16:37. Yazar: Admin

Xızı rayonunda fərdi yaşayış evi yanıb, iki nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yanğın rayonun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Belə ki, evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.


Geri dön