Ana Sayfa > Karusel / Gündəm > Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs olunub
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs olunub12-01-2022, 09:49. Yazar: Admin |
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər həbs edilib. Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Goranboy rayon sakinləri - H.Məmmədov, Ə.Məmmədov, Ə.Vəlisoy və Ə.Abdullayev olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib. Geri dön |