Ana Sayfa > Karusel / Siyasət > Ukrayna XİN başçısı Blinkenlə Rusiya və ABŞ arasındakı danışıqları müzakirə edib

Ukrayna XİN başçısı Blinkenlə Rusiya və ABŞ arasındakı danışıqları müzakirə edib


12-01-2022, 00:20. Yazar: Admin

Ukrayna XİN başçısı Blinkenlə Rusiya və ABŞ arasındakı danışıqları müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Qarabaginfo.az Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər bazar ertəsi Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.

Danışıqlar zamanı, həmçinin, yanvarın 9-10-da Rusiya və ABŞ arasında Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri üzrə məsləhətləşmələrə, habelə Brüsseldə keçiriləcək Rusiya-NATO Şurasının iclası, Vyanada isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı platformasında aparılacaq məsləhətləşmələrə də toxunulub.


Geri dön