Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var
Ana Sayfa > Karusel / Hadisə > Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var


11-01-2022, 21:37. Yazar: Admin

 

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Qarabaginfo.az BNA-ya istinadən xəbər verir.

Daşıyıcının verdiyi məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığında keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


Geri dön