Ana Sayfa > Karusel / Gündəm > Almaniyada 2021-ci ildə rekord ölüm qeydə alınıb
Almaniyada 2021-ci ildə rekord ölüm qeydə alınıb11-01-2022, 19:29. Yazar: Admin |
Almaniyada 2021-ci ildə rekord ölüm qeydə alınıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Destatis" Federal Statistika İdarəsi məlumat yayıb. 2021-ci ildə 1 016 899 nəfərin dünyasını dəyişdiyi ölkədə 1946-cı ildən indiyədək ən yüksək ölüm göstəricisi qeydə alınıb. Əgər 1946-cı ildə ölüm çətin həyat səviyyəsi ilə bağlı idisə, hazırda səbəblər əhalinin qocalması və koronavirus pandemiyasının nəticələridir. Pandemiyanın ölənlərin sayını 3% artırdığı bildirilir. "Worldometers"in məlumatına görə, Almaniyada pandemiyanın başlanğıcından 114 887 nəfər dünyasını dəyişib. Geri dön |