Ana Sayfa > Karusel / Gündəm > "Gələn həftələrdə avropalıların yarısından çoxu "omikron"a yoluxacaq" - Bədbin PROQNOZ

"Gələn həftələrdə avropalıların yarısından çoxu "omikron"a yoluxacaq" - Bədbin PROQNOZ


11-01-2022, 18:55. Yazar: Admin

“Gələn həftələrdə avropalıların yarısından çoxu “omikron”a yoluxacaq” – Bədbin PROQNOZ

Ümumdünya Səhiyyə Təşkilatının Avropa rəhbəri Hans Kluge, Sağlamlığın Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun proqnozuna istinadla, Avropa əhalisinin 50 faizdən çoxunun yaxın altı-səkkiz həftə ərzində koronavirusun “omikron” ştamına yoluxacağını söyləyib.

Qarabaginfo.az xəbər verir ki, onun sözlərinə görə, hazırda Avropa və Mərkəzi Asiyanın 53 ölkəsindən 50-də “omikron” ştamına yoluxma halları qeydə alınıb. Kluge əlavə edib ki, COVID-19-un bu variantı sürətlə Qərbi Avropada üstünlük təşkil edir və hazırda Balkanlara yayılır.

“Sağlamlığın Göstəriciləri və Qiymətləndirilməsi İnstitutu, (Avropa) bölgəsinin əhalisinin 50 faizdən çoxunun yaxın 6-8 həftə ərzində “omikron”a yoluxacağını proqnozlaşdırır”, – Kluge mətbuat konfransında deyib.


Geri dön