Ana Sayfa > Karusel / Gündəm > DİN valideynlərə müraciət edib
DİN valideynlərə müraciət edib11-01-2022, 14:17. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib. DİN-dən Qarabaginfo.az-a daxil olan müraciətdə deyilir: "Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin: - övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin; - övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq; - günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın; - övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin; - övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın; - övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun. Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!" Geri dön |