Ana Sayfa > Karusel / Siyasət > Şərqi Azərbaycan valisindən iran mediasına çağırış: "Azərbaycan Respublikası ilə münaqişələrindən çəkinin"

Şərqi Azərbaycan valisindən iran mediasına çağırış: "Azərbaycan Respublikası ilə münaqişələrindən çəkinin"


11-01-2022, 12:35. Yazar: Admin
Şərqi Azərbaycan valisindən iran mediasına çağırış: “Azərbaycan Respublikası ilə münaqişələrindən çəkinin”

 

Şərqi Azərbaycan valisi iran mediasına çağırış edib: “Azərbaycan Respublikası ilə münaqişələrindən çəkinin”.

Qarabaginfo.az İran mediasına istinadla xəbər verir ki, Şərqi Azərbaycanın vilayətinin başçısı iş adamları, biznesmenər və özəl sektor nümayəndələri vasitəsilə İranla Azərbaycanın ortaq maraqlarının yaradılması və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O deyib:

“Xudafərin sərhəd terminalının işə salınması bu sahədə zəruri tədbirlərdən biridir, hansı ki, infrastrukturu İran tərəfindən hazırdır və bizim bu sərhədin açılmasında heç bir problemimiz yoxdur”.

Abedin Xorrəm İranın Bakıdakı səfiri və İranın Naxçıvandakı baş konsulu ilə videokonfrans vasitəsilə əlaqəsində deyib:

“Bizim keçmişdən bəri Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərimiz var və bu əlaqələr hazırkı dövrdə hər iki tərəf üçün vacib və əhəmiyyətlidir”.

O, iki ölkənin sənət adamları, ziyalıları və şairləri arasında mədəni və dini əlaqələrə, mükəmməl ünsiyyətə toxunaraq bildirib:

“Tarixi və turizm potensialını tanıtmaq üçün medianın birgə əməkdaşlığı önəmli fürsət kimi istifadə etməli olduğumuz mövzulardan biridir. Eyni zamanda, biz regional və trans-regional düşmənlər tərəfindən planlaşdırılmış saxta media münaqişələrindən çəkinməliyik”.

Vali bildirib ki, Azərbaycan Respublikası ilə gərginliyə səbəb ola biləcək məsələlər media tərəfindən şişirdilməməlidir. O, iki ölkə arasında olan gərginliyin aradan qaldırılmasının mümkün olduğunu bildirib.


Geri dön