Ana Sayfa > Karusel / İdman > Türkiyə millisinin futbolçusu qəzada öldü - Foto
Türkiyə millisinin futbolçusu qəzada öldü - Foto11-01-2022, 12:08. Yazar: Admin |
Türkiyə millisinin və “Konyaspor”un futbolçusu Ahmet Çalık vəfat edib. Qarabaginfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avtomobil qəzasında həyatını itirib. Qəza bu gün saat 9-da Türkiyənin Gölbaşı rayonunun Hacılar Məhəlləsi adlanan ərazidə baş verib. Futbolçu Ankara-Niğde yolunda idarəetməni itirərək yoldan çıxıb və maşını aşıb.
Xilasedicilər hadisə yerinə göndərilib. Bildirilib ki, avtomobildə təkcə Ahmet Çalık olub və o da hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Ahmet Çalık 2017/2020-ci illərdə “Qalatasaray”da çıxış edib.
Geri dön |