Ana Sayfa > Karusel / Gündəm > Ermənilər Gorus-Qafan yolunda Azərbaycana bu qədər rüsum ödəyirlər - SƏNƏD

Ermənilər Gorus-Qafan yolunda Azərbaycana bu qədər rüsum ödəyirlər - SƏNƏD


11-01-2022, 11:47. Yazar: Admin

Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər.
 

Bu barədə məlumatı ermənilərin “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, İrana yük aparan erməni iş adamları Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycana məxsus gömrük məntəqəsindən də keçməyə məcbur olurlar.

Bu zaman erməni iş adamlarının mallarını daşıyan TIR-ların fars mənşəli sürücüləri Gorus-Qafan yolundakı Azərbaycana məxsus gömrük məntəqəsində 130 dollar rüsum ödəməli olurlar.

“Joğovurd” qəzeti gömrük məntəqəsindən sürücülərə verilən çekin şəklini də dərc edib.(modern.az)


Geri dön