Ana Sayfa > Karusel / Gündəm > Bakıda məktəbli bıçaqlanıb
Bakıda məktəbli bıçaqlanıb10-01-2022, 23:41. Yazar: Admin |
Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Qarabaginfo.az-ın məktəbdəki mənbəyə istinadla məlumatına görə, hadisə dərsdən sonra baş verib. Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir. Geri dön |