Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Super Liqası: "Fənərbağça" evdə məğlub olub
Türkiyə Super Liqası: "Fənərbağça" evdə məğlub olub10-01-2022, 23:02. Yazar: Admin |
|
Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub. Qarabaginfo.az-ın məlumatına görə, turun son oyununda "Fənərbağça" evdə "Adana Demirspor"u qəbul edib. Görüş qonqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada ilk qolu 29-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Enner Valensiya penaltidən fərqlənib. 34-cü dəqiqədə Gökhan İnler tarazlığı bərpa edib. 46-cı dəqiqədə isə Yunes Belhanda görüşdə son nöqtəni qoyub. Qeyd edək ki, bu nəticədən sonra xallarını 33-ə çatdıran "Adana Demirspor" 4-cü pilləyə yüksəlib. "Fənərbağça" isə 32 xalla 5-ci sırada qalıb. Geri dön |