Ana Sayfa > Karusel / Gündəm > Bu rayonda qaz olmayacaq - DİQQƏT

Bu rayonda qaz olmayacaq - DİQQƏT


10-01-2022, 22:54. Yazar: Admin

Bu rayonda qaz olmayacaq – DİQQƏT

“Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 11.01.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.


Geri dön