Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > İmişlidə avtomobil piyadanı vuraraq öldürüb
İmişlidə avtomobil piyadanı vuraraq öldürüb10-01-2022, 22:47. Yazar: Admin |
İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qarabaginfo.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəmmədli kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. (report.az) Geri dön |