Ana Sayfa > Karusel / Siyasət > İbrahim Kalın Sallivanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

İbrahim Kalın Sallivanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi


10-01-2022, 21:44. Yazar: Admin

İbrahim Kalın Sallivanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı olub. 

Qarabaginfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı siyasi və iqtisadi əlaqələrin inkişafı, müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Ukrayna böhranı, Qazaxıstandakı etirazlar, Ermənistanla normallaşma prosesi, qlobal və regional problemlər çərçivəsində Əfqanıstan, Bosniya və Herseqovina və Efiopiyada baş verən proseslər, müştərək müzakirələrin təfərrüatları və mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə ilə ABŞ arasında razılaşdırılmış strateji mexanizm müzakirə edilib.

Görüşdə Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həll edilməli olduğu və Türkiyənin bu mövzuda hər cür töhfə verməyə hazır olduğu bildirilib və Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına verdiyi önəm vurğulanıb.

Görüşdə Qazaxıstanda baş verən hadisələrin bölgənin sülh və sabitliyi üçün sakitləşdirilməsinin vacibliyi vurğulanıb, Türk Dövlətləri Təşkilatının bu məsələ ilə bağlı təşəbbüsləri müzakirə edilib.

Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi və Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionun sabitliyi və rifahına verdiyi töhfələr qiymətləndirilib.

Türkiyənin Balkanlarda, Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirmək əzmində olduğu da vurğulanıb.


Geri dön