Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib


10-01-2022, 20:12. Yazar: Admin

İbrahim Kalın

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə telefon danışığı zamanı bildirlib.

Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğunu vurğulanıb.

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub. (apa.az)


Geri dön