Ana Sayfa > Karusel / Gündəm > Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi

Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi


10-01-2022, 19:49. Yazar: Admin

Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi

Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.

“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, - deyə Kuillo qeyd edib.


Geri dön