Ana Sayfa > Karusel / Gündəm > “Pfizer” şirkəti Omicron ştamına qarşı effektiv peyvənd hazırlayacaq

“Pfizer” şirkəti Omicron ştamına qarşı effektiv peyvənd hazırlayacaq


10-01-2022, 18:41. Yazar: Admin

Albert Burla

COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd mart ayında hazır olacaq.

Qarabaginfo.az-ın CNBC kanalına istinadən verdiyi xəbərə görə, bu barədə "Pfizer"in icraçı direktoru Albert Burla bildirib.

Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.

Albert Burla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını vurğulayıb.

İcraçı direktor qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.


Geri dön