Ana Sayfa > Karusel / Gündəm > ATƏT sədri və Qazaxıstan XİN rəhbərinin telefon danışığı olub

ATƏT sədri və Qazaxıstan XİN rəhbərinin telefon danışığı olub


10-01-2022, 18:13. Yazar: Admin

Zibqnev Rau

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ATƏT sədri "Twitter"də bildirib.

“Muxtar Tleuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım”, - Polşa XİN rəhbəri qeyd edib.


Geri dön