Ana Sayfa > Karusel / Gündəm > Hulusi Akar Ermənistan üzrə xüsusi nümayəndə ilə görüşdü

Hulusi Akar Ermənistan üzrə xüsusi nümayəndə ilə görüşdü


10-01-2022, 17:13. Yazar: Admin

Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın İrəvanla danışıqlar üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıçla görüşüb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Danışıqların təfərrüatları barədə məlumat verilmir.

 

Ötən ilin sonunda Türkiyənin ABŞ-dakı keçmiş səfiri Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar üzrə xüsusi nümayəndə təyin edilib. Ermənistan tərəfini parlamentin sədr müavini Ruben Rubinyan təmsil edəcək.
 

Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.


Geri dön