Ana Sayfa > Karusel / Gündəm > Bakıda yeni polis bölməsi yaradılır

Bakıda yeni polis bölməsi yaradılır


27-02-2019, 10:22. Yazar: Admin

Bakıda yeni polis bölməsi yaradılır.

"Qarabaginfo" ONA-ya istinadən xəbər verir ki, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi açılacaq. Rayonun Binə qəsəbəsində yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

Yeni bölmənin mart ayında açılışı gözlənilir.


Geri dön