Ana Sayfa > Karusel / İqtisadiyyat > Vergi dəyişiklikləri maşın bazarına təsir edəcək
Vergi dəyişiklikləri maşın bazarına təsir edəcək10-01-2022, 16:12. Yazar: Admin |
Vergi Məcəlləsinə edilən və bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən bəziləri avtomobil bazarına təsir edəcək.
“Artımdan sonra mühərrikinin iş həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə tətbiq edilən aksiz vergisi belədir: - mühərrikin həcmi 3001-4000 kubsantimetr arası olduqda - 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat (son artıma qədər 13 manat idi). - mühərrikin həcmi 4001-5000 kubsantimetr arası olduqda - 20600 manat (son artıma qədər 18600 manat idi) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat (son artıma qədər 35 manat idi). - mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda - 60600 manat (son artıma qədər 53600 manat idi) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 80 manat (son artıma qədər 70 manat idi)”.
Məsələn, mühərrikinin iş həcmi 2500 kubsantimetr və istehsal ili 2010 olan dizel yanacağı ilə işləyən minik avtomobilinin aksiz vergisi ötən il 3100 manat idi. Eyni avtomobilin aksiz vergisi bu il 4650 manat olacaq. Mühərrikinin iş həcmi 5700 kubsantimetr və istehsal ili 2010 olan benzinlə işləyən minik avtomobilinin aksiz vergisi ötən il 102600 manat idi. Eyni avtomobilin aksiz vergisi bu il 139920 manat olacaq".(Modern.az) Geri dön |