Ana Sayfa > Karusel / Region > Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb

Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb


10-01-2022, 15:21. Yazar: Admin

 

Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb

Qazaxıstana yeridilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının sayı açıqlanıb.

Qarabaginfo.az “Qazaqparat”a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinin videoformatda keçirilən toplantısında bildirib.

“İndiyədək Kollektiv Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq, KTMT sülhməramlılarının 2030 nəfər canlı qüvvəsi və 250 texnikası təyin olunmuş bölgələrdə yerləşdirilib”, – dövlət başçısı deyib.

O, KTMT sülhməramlı qüvvələrinin hava limanları, hərbi bazalar kimi strateji obyektləri mühafizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələrini yerinə yetirdiklərini diqqətə çatdırıb.(Report)


Geri dön