Ana Sayfa > Karusel / Gündəm > MN: "Bölmələrimiz Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb"

MN: "Bölmələrimiz Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb"


10-01-2022, 15:16. Yazar: Admin

 

MN: Bölmələrimiz Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.

Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.


Geri dön