Ana Sayfa > Karusel / Gündəm > Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq

Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq


10-01-2022, 14:50. Yazar: Admin

 

Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq
Əbdürrəhman Vəzirov

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Qarabaginfo.az-ın xəbərinə görə, Bu barədə “Report”un Rusiya bürosuna mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra o, Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.


Geri dön