Ana Sayfa > Karusel / Gündəm > Müxalifətin mitinqinə qatılmış aktyorlara sərt cəza

Müxalifətin mitinqinə qatılmış aktyorlara sərt cəza


10-10-2017, 16:06. Yazar: Admin

 

Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə bəzi incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

AzNews.az xəbər verir ki, informasiyalı mənbədən daxil olan məlumata görə, hazırda həmin şəxslər barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Xatırladaq ki, müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.


Geri dön