Ana Sayfa > Karusel / Region > KTMT sülhməramlılarının Qazaxıstana göndərilməsi Türkiyə və Azərbaycanın planlarını pozub - deputat

KTMT sülhməramlılarının Qazaxıstana göndərilməsi Türkiyə və Azərbaycanın planlarını pozub - deputat


10-01-2022, 11:40. Yazar: Admin

Qazaxıstanda iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin məbləği açıqlanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi 

“Avrasiya regionunda dərin proseslər gedir və bu, oyunçuların siyasətlərini dəyişməsinə gətirib çıxaracaq".

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Erməni deputat Tiqran Abramyan şəxsi “Facebook” hesabından yazıb.

 

O, bildirib ki, KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi Türkiyə və Azərbaycanın planlarını pozub.

 

“KTMT-nin sülhməramlı kontingentinin ölkəyə göndərilməsi qərarından sonra hakimiyyətin nəzarətində olan Azərbaycan mediası və Telegram kanalları təkcə Rusiya əleyhinə deyil, həm də Qazaxıstan hakimiyyətinə qarşı kampaniya aparmağa başlayıb.

 

Türkiyə və Azərbaycanın regional planları qarışıb. Onlar yaxın, çoxşaxəli, dərin münasibətlərini unudaraq Qazaxıstanı tənqid etməyə başlayıblar".


Geri dön