Ana Sayfa > Karusel / Dünya > Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib


10-01-2022, 11:37. Yazar: Admin

 

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib

Qazaxıstanda matəm günü ilə əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin İstanbul şəhərində yerləşən mənzil-qərargahında üzv ölkələrin bayraqları endirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

“Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmişə həmrəy olan TDT hadisələrdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir və ölkənin ən qısa müddətdə normal vəziyyətə dönməsini arzulayır”, - məlumatda qeyd olunub.


Geri dön