Ana Sayfa > Karusel / Region > Qazaxıstanda general özünü güllələyərək intihar edib
Qazaxıstanda general özünü güllələyərək intihar edib10-01-2022, 11:26. Yazar: Admin |
Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi general-mayor Janat Süleymanov intihar edib. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Məlumata görə, Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib. Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilaəyintdə anadan olub. 1980-ci ildə daxili işlər nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub. Geri dön |