Ana Sayfa > Karusel / Region > Qazaxıstanda saxlanılan qırğız musiqiçi sərbəst buraxılıb
Qazaxıstanda saxlanılan qırğız musiqiçi sərbəst buraxılıb10-01-2022, 11:08. Yazar: Admin |
Qazaxıstanda aksiyalarda iştirak etməkdə şübhəli bilinərək saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov sərbəst buraxılıb. Qarabaginfo.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. "Qırğızıstanlı musiqiçi Vikram Ruzaxunov Qazaxıstanda həbsdən azad edilib", məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl Qazaxıstanın “Xəbər 24” telekanalı guya Qırğızıstan vətəndaşı olduğunu və mitinqdə iştirak etmək üçün Qazaxıstana uçduğunu deyən şəxsin müsahibəsini yayıb. Müsahibədə o bildirib ki, naməlum şəxslər ona bilet alıb, Almatıda kirayə mənzilə yerləşdirib və etiraz aksiyalarında iştiraka görə 200 dollar vəd ediblər. Daha sonra Bişkekdə saxlanılan şəxsin konsertlər üçün tez-tez qonşu ölkəyə uçan məşhur caz musiqiçisi Vikram Ruzaxunov olduğu müəyyən edilib. Qırğızıstan xüsusi xidmət orqanlarının rəhbəri Ruzaxunovun terrorçu olmadığını rəsmən bəyan edib. Respublikanın Xarici İşlər Nazirliyi Qazaxıstana nota göndərərək sənətçini dərhal azad etməyə çağırıb. Geri dön |