Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. Başsağlığında deyilir:
"10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq".