Ana Sayfa > Karusel / Region > Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək

Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək


10-01-2022, 10:22. Yazar: Admin

 

Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək
Sadır Japarov

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcəklər.(Report)


Geri dön