Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Şagirdlərin müəllimi döyməsi iddialarına RƏSMİ CAVAB

Şagirdlərin müəllimi döyməsi iddialarına RƏSMİ CAVAB


10-01-2022, 10:20. Yazar: Admin

"Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır". 


Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

 

İdarədən bildirilib ki, ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir:

 

"Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır".


Geri dön