Ana Sayfa > Karusel / Dünya > Kabildə yenə partlayışlar eşidilir

Kabildə yenə partlayışlar eşidilir


10-01-2022, 01:20. Yazar: Admin

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərb hissəsində bir neçə partlayış baş verib. Bu barədə ölkənin “Visa” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, atışma səsləri Kabil Politexnik Universitetinin ərazisində də eşidilir. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatının nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.


Geri dön