Ana Sayfa > Karusel / İdman > Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər

Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər


9-01-2022, 21:43. Yazar: Admin

 

Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 09-23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.

Komitdənə verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2021-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.


Geri dön