Ana Sayfa > Karusel / Gündəm > “Qazaxıstandakı erməni əsgərlər əsir düşə və Azərbaycanda peyda ola bilərlər” - Sabiq erməni səfir

“Qazaxıstandakı erməni əsgərlər əsir düşə və Azərbaycanda peyda ola bilərlər” - Sabiq erməni səfir


9-01-2022, 19:17. Yazar: Admin

“Qazaxıstandakı erməni əsgərlər əsir düşə və Azərbaycanda peyda ola bilərlər” - Sabiq erməni səfir

"İstisna edilmir ki, Qazaxıstandakı erməni əsgərlər əsir düşə və Azərbaycanda peyda ola bilərlər (Qazaxıstan hakimiyyətinin yaxın əlaqələrini nəzərə almaqla)".

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, ölkənin Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan deyib.

Onun sözlərinə görə, bəzi tələblərin yerinə yetirilməsi müqabilində erməni əsgərlər Ermənistana qayıdacaqlar, Ermənistanda da onları mühakimə edəcəklər.

"Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin funksiyalarını öz üzərinə götürüb və işə ziyan vurub, çünki onun qərarı beynəlxalq ictimaiyyətdə KTMT mexanizminin işə salınmasının qanuniliyi ilə bağlı suallar doğurub", - deyə Qazaryan bildirib.

Sabiq erməni səfir vurğulayıb ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə istifadə etdiyi eyni üsulların tətbiq olunduğu yerə qoşun yeridir.


Geri dön