Ana Sayfa > Karusel / Siyasət > Hulusi Akar: “Azərbaycanla “iki dövlət, bir millət” anlayışı ilə birlikdə olmağa davam edəcəyik”
Hulusi Akar: “Azərbaycanla “iki dövlət, bir millət” anlayışı ilə birlikdə olmağa davam edəcəyik”9-01-2022, 17:22. Yazar: Admin |
"Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib. “Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər", - Akar qeyd edib. Geri dön |