Ana Sayfa > Karusel / Region > Kiyevin mərkəzində “Ukraynanın təslim olmasına” qarşı mitinq başlayıb
Kiyevin mərkəzində “Ukraynanın təslim olmasına” qarşı mitinq başlayıb9-01-2022, 15:27. Yazar: Admin |
Kiyevdə ölkənin Xarici İşlər Nazirliyinin yaxınlığındakı Mixaylovskaya meydanında dünya liderlərini "Ukraynanın təslim olmasının qarşısını almağa" çağıran mitinq başlayıb. Aksiya Rusiya Federasiyası ilə ABŞ arasında aparılan danışıqlar ərəfəsində keçirilir. Qarabaginfo.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri xəbər verir. Məlumata görə, meydanda Ukraynanın dövlət bayraqları və “Azad insanlar” ictimai təşkilatının bayraqları ilə onlarla insan toplaşıb. Onların heç bir siyasi simvolu olmadığı bildirilir. Onlar dünya liderlərini Ukraynanın təslim olmasının qarşısını almağa çağırırlar. Mitinq iştirakçılarından biri jurnalistə belə deyib: “Rusiya Ukraynanı yanvarın 10-da təslim olmağa məcbur etmək istəyir. Biz ona görə bura gəldik ki, dünya liderlərinə çağırış edək. Qoy onlar Putinə (Rusiya Federasiyasının prezidenti Vladimir Putinə) “yox” desinlər. Kompromislər yalnız yeni müharibələrə və itkilərə səbəb olacaq”. Bir neçə polis mitinqdə ictimai asayişə nəzarət edir. Ukrayna paytaxtının mərkəzində vəziyyət sakitdir.(Apa) Geri dön |