Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verdi
Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verdi9-01-2022, 14:34. Yazar: Admin |
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib. Qarabaginfo.az xəbər verir ki, başsağlığı səfirliyin tviter səhifəsində yayılıb. Paylaşımda deyilir: “Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”. Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu məhv edilib. Geri dön |