Ana Sayfa > Karusel / Region > Sabah KTMT dövlət başçılarının onlayn görüşü planlaşdırılır

Sabah KTMT dövlət başçılarının onlayn görüşü planlaşdırılır


9-01-2022, 13:50. Yazar: Admin

Sabah KTMT dövlət başçılarının onlayn görüşü planlaşdırılır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı yanvarın 10-na təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, İrəvan təşkilatın sədri kimi Kollektiv Təhlükəsizlik Şurasının iclasını çağırır.

Qeyd edək ki, bu təkliflə daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.


Geri dön