Ana Sayfa > Karusel / Gündəm > Ziya Məmmədovun qardaşı oğlu işdən çıxarılıb
Ziya Məmmədovun qardaşı oğlu işdən çıxarılıb26-02-2019, 13:58. Yazar: Admin |
Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb. ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Geri dön |