Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub


9-01-2022, 10:13. Yazar: Admin

 

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.(Report)


Geri dön