Braziliyanın şimalında Furnaş gölünün kənarında qayanın uçması 5 nəfərin ölümünə səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər də itkin düşüb.
Sosial şəbəkədə yayılan videodan görünür ki, qaya parçası qoparaq qayıqların üzərinə düşüb. Bu zaman 2 qayıq suda batıb. Hadisə yerinə dalğıclar cəlb olunub. Ölənlərin sayının artacağı istisna edilmir.