Ana Sayfa > Karusel / Region > “Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır” – İLGİNC AÇIQLAMA

“Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını alır” – İLGİNC AÇIQLAMA


8-01-2022, 14:52. Yazar: Admin

Mövzunu Qarabaginfo.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, rəsmi İrəvanın Qazaxıstanda baş verən hadisələrlə bu qədər yaxından maraqlanması, hətta həvəslə “sülhməramlı” göndərməsi təsadüfi deyil: “Çünki Qazaxıstanda baş verən son hadisələrdən ən çox sevinən Ermənistan baş naziri Nikol Paşinyandır . Paşinyan onsuzda 44 günlük müharibə zamanından bəri Qazaxıstandan əvəz çıxmaq üçün fürsət gözləyirdi. 44 günlük müharibə zamanı rəsmi İrəvan Azərbcaynın Ermənistan ərazilərinə hücum etdiyini əsas gətirərək, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini görə təşkilatdan yardım istəmişdi. Ermənistanın yardım tələbinə isə başda Qazaxıstan olmaqla, Belarus və digər türk ölkələri qarşı çıxmışdı. Qazaxıstan bundan başqa, 44 günlük müharibə zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, KTMT-nin ehtimal müdaxilə ssenarilərinin də qarşısını almışdır. İndi isə Paşinyanın əlinə yaxşı fürsət düşüb və ondan maksimum istifadə etməyə çalışır”.

İraqdakı etirazların sünni-şiə müstəvisinə keçməsi ABŞ-ın planları əsasında baş verir”

Politoloq əlavə edib ki, indiki halda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığına təsadüf demək olmaz: “Belə ki, Qazaxıstanda hazırda 40.000-dən çox erməni əsilli vətəndaş yaşayır. Paşinyan Qazaxıstana 70 hərbçi göndərsə də Kreml daha artığını istəyir. Mümkündür ki, Kreml sahibi Paşinyandan Qazaxıstandakı erməni əsilli vətəndaşların ixtişaşları daha da qızışdırmasını, hətta birbaşa iştirak etməsini də istəsin. Onsuz da Kremlin mətbəxinin məhsulu olan Qazaxıstandakı “etirazlara” indi də Rusiyanın istəyi ilə ermənilərin qarışması, Putinin hədəflərinə biraz da yaxınlaşması deməkdir”.(konkret.az)


Geri dön