Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO

Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO


8-01-2022, 12:24. Yazar: Admin

Tabor komandirləri ilə toplanışlar keçirilir

 

2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.

Keçirilən toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.


Geri dön