Ana Sayfa > Karusel / Dünya > Meksika ABŞ-a Qərb yarımkürəsində Aİ-nin analoqunu yaratmağı təklif etdi

Meksika ABŞ-a Qərb yarımkürəsində Aİ-nin analoqunu yaratmağı təklif etdi


8-01-2022, 12:07. Yazar: Admin
Meksika ABŞ-a Qərb yarımkürəsində Aİ-nin analoqunu yaratmağı təklif etdi

Meksika hakimiyyəti ABŞ-a Qərb yarımkürəsində Avropa İttifaqına (Aİ) bənzər birlik yaratmaq imkanını nəzərdən keçirməyi təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard məlumat verib.

Onun sözlərinə görə, Amerika Dövlətləri Təşkilatları artıq çox köhnəlib:

“Ona görə də təklif olundu ki, biz fərqli bir şey yaradaq, lakin bu, Latın Amerikası və Karib hövzəsi ölkələrinin birlikdə göstərdiyimiz gücdən asılı olacaq. Bir olsaq, uğur qazanarıq”.

Qeyd edək ki, Amerika Dövlətləri Təşkilatları 30 aprel 1948-cu ildə qurulmuş, Şimali, Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilatdır.(konkret.az)


Geri dön