Ana Sayfa > Karusel / Region > Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb


8-01-2022, 11:40. Yazar: Admin

Nursultan Nazarbayev

 

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

Qarabaginfo.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

Məlumatda bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır. 


Geri dön