Ana Sayfa > Karusel / Sosial > COVID pasportu olmayan 30 nəfər toya buraxılmayıb
COVID pasportu olmayan 30 nəfər toya buraxılmayıb8-01-2022, 09:39. Yazar: Admin |
Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 30 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |