Ana Sayfa > Karusel / Dünya > Dünyada ilk dəfə: BMW rəngini dəyişə bilən avtomobil təqdim etdi

Dünyada ilk dəfə: BMW rəngini dəyişə bilən avtomobil təqdim etdi


8-01-2022, 09:12. Yazar: Admin

"BMW" şirkəti Las-Veqasda "Consumer Electronics Show"-da proqramdan istifadə edərək rəngini dəyişə bilən dünyanın ilk avtomobilini nümayiş etdirib.

Reuters-in məlumatına görə, avtomobilin rəngi ancaq boz və ağ arasında dəyişə bilər, lakin yaxın gələcəkdə rənglərin çeşidi genişlənəcək.

Bu "BMW iX Flow" konsept avtomobilidir. Avtomobilin görünüşünü dəyişdirmək üçün E-Ink texnologiyasından istifadə edir. Mühəndislərin fikrincə, bu avtomobildə istifadə edilən E-Ink texnologiyası son dərəcə effektivdir.(virtualaz.org)


Geri dön